Azərbaycan XİN: 'Sarkisyan utanmadan öz xalqını ...'

Azərbaycan XİN:
Bütün Xəbərlər
17:37 10.04.2013
1071
Ermənistan prezidenti Serj Sarkisyan inauqurasiya mərasimi zamanı söylədiyi nitqində öz xalqını və bütün dünyanı yenə də yanlış fikrə yönəltməyə cəhd etdi. Bunu “Trend”ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan prezidentinin İrəvanın ümumbəşəri dəyərlər əsasında sülh təklif etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib."Maraqlıdır, Sarkisyan nəyi nəzərdə tutur? Yəqin ki, qonşu ölkənin torpaqlarının işğalı, beynəlxalq hüquq normalarının pozulması, qanlı etnik təmizləmələr, erməni hərbçilər tərəfindən Azərbaycan ərazisində, Xocalıda törədilən soyqırım və bu gün Ermənistana rəhbərlik edən, qadınlara və uşaqlara rəhm etməyən hərbi geyimli insanları", - deyə Abdullayev vurğulayıb.XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, bu faktlardan çıxış edərək söyləmək olar ki, ümumbəşəri dəyərlər Ermənistan prezidentinin yalnız şəxsi baxışları fonunda görünür: "Bu gün regionda sabitlik, sülh yoxdur və rəsmi İrəvan tərəfindən sülh prosesinin uzadılması perspektivdə regionun sabitliyinə, əmin-amanlığına və inkişafına zərbədir. Burada günahkar yalnız Ermənistan rəhbərliyidir. Beynəlxalq aləmdə təcavüzkar kimi tanınan ölkənin digər ölkələri öz uğursuzluğunda ittiham etməsi çox primitiv və məsuliyyətsiz görünür".Sarkisyanın "Ermənistanın yaşadığı yeni reallıq" sözlərini şərh edən mətbuat katibi deyib ki, Azərbaycan bütün potensialını regionun inkişafına istiqamətləndirib və bir neçə il ərzində qlobal əhəmiyyətli regional layihələrin təşəbbüskarı kimi çıxış edərək bu planı uğurla həyata keçirib: "Təəssüf ki, Ermənistan bu regional proseslərə qoşulmaq imkanını hər dəfə boşa verir və bunun günahkarı yalnız ölkə hakimiyyətidir. Bu layihələrdə iştirak etmədən, Sarkisyanın dediyi kimi, "yeni reallığ"ın digər bəndi olan iqtisadi artım da mümkün deyil. Ermənistanın "iqtisadi yüksəlişi"nin nəticəsi göz qabağındadır - ölkə inkişaf etmir, regional əməkdaşlıq olmadan isə kövrək iqtisadi vəziyyət dəyişməyəcək".
OXŞAR XƏBƏRLƏR