Azərbaycan XİN: Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir

Azərbaycan XİN: Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir
SİYASƏT
00:07 08.02.2023
487
"Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.

"Azərbaycan qardaş Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, stollar, oturacaqlar və digər avadanlıqlardan ibarət təyyarələr və xüsusi maşınlar göndərir. İndiyədək 470 nəfərdən çox xilasetmə və tibbi yardım qrupu göndərilib", - XİN rəsmisi qeyd edib.
 
OXŞAR XƏBƏRLƏR