Ermənilər milli mətbəximizə məxsus xörəkləri öz adlarına çıxaraq ABŞ-da təbliğ edirlər. “Tert.am” saytının məlumatına görə, Levon Kirakosyan adlı erməni ABŞ-ın Çikaqo şəhərində “Syunik” adlı restoran açıb. Restoranda kabab, plov, kətə , paxlava və digər Azərbaycan milli mətbəxinin əvəzolunmaz təamları Ermənistan milli mətbəxinin yeməkləri kimi müştərilərə təqdim edilir. Levon Kirakasyan amerikalıların bu təamları çox xoşladıqlarını və onlardan dadmaq üçün yenidən restorana təşrif buyurduqlarını bildirib. Restoran sahibi həmçinin Ermənistan mətbəxini ABŞ-da tanıtmaq üçün fəaliyyətini genişləndirmək fikrində olduğunu da vurğulayıb. /// Anspress