Azərbaycan yay vaxtına keçir

Azərbaycan yay vaxtına keçir
Bütün Xəbərlər
10:52 28.03.2015
1201

Saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2015-ci ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 29-da saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

OXŞAR XƏBƏRLƏR