Azərbaycan yığması müstəqillik tariximizdə ilk dəfə bunu etdi

Azərbaycan yığması müstəqillik tariximizdə ilk dəfə bunu etdi
İDMAN
13:10 09.10.2016
1402
Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə oyununda qələbə qazanıb.
 
Apasport.az saytının məlumatına görə, seçmə mərhələlərdə 1994-cü ildə debüt edən komandamız 22 illik çıxışları ərzində ilk dəfə qələbə seriyasına imza atıb. Komandamız DÇ-2018-in seçmə mərhələsində San-Marinonun ardından Norveçi də 1:0 hesabı ilə məğlub edib.
 
Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdı. Cəmi 2 matçdan ibarət belə seriyayadək 10 dəfə meydanı qalib kimi tərk edən komandamız heç vaxt uğurun ardını gətirə bilməmişdi. Seçmə mərhələlərdəki 11-ci qələbəsini səfərdə əldə edən futbolçularımız 12-ci uğurunu Bakı Olimpiya Stadionunda qazandı.
OXŞAR XƏBƏRLƏR