Azərbaycan yunan səfirini XİN-ə çağırdı - Qarabağa görə

Azərbaycan yunan səfirini XİN-ə çağırdı - Qarabağa görə
SİYASƏT
15:27 17.03.2017
1313
"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb. Bildirib ki, bu iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə  ziddiyyət təşkil edir".

Bunu APA-ya açıqlamasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyanın Yunanıstana səfəri ilə bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, görüşdə Yunanıstan vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin qarşısının alınması üçün Yunanıstan tərəfindən öz vətəndaşlarına bu kimi səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıq edilməsi də təklif edilib.

"Yunanıstan səfəri Dimitrios Tsounqas ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və məsələ ilə əlaqədar Azərbaycanın narahatlıq və narazılığının ölkəsinə çatdırılacağını deyib.

Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə bildirib ki, bu "şəxsi səfər” xarakteri daşıyır və K.Mirzəyan adlı şəxslə heç bir hökumət rəsmisi görüş keçirməyib.

Ümumiyyətlə, Avropa İttifaqı tərəfindən digər separatçı rejimlərin "nümayəndələri”nə tətbiq edilən səfər qadağasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə münasibətdə bəzi üzv dövlətlər tərəfindən seçimli tətbiqi ciddi təəssüf və narahatlıq doğurur. K.Mirzəyan və qondarma rejimin digər "nümayəndə”ləri Ermənistanın diplomatik pasportları ilə xarici səfərləri həyata keçirirlər. Bu kimi təxribatçı səfərlər aqressiv separatizm, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət etməklə bərabər, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və regionda vəziyyətin gərginləşməsinə xidmət edir", - deyə XİN sözçüsü qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu