Azərbaycan zabiti erməni hərbiçini döydü - Ramili söydüyünə görə

Azərbaycan zabiti erməni hərbiçini döydü - Ramili söydüyünə görə
Bütün Xəbərlər
14:48 12.10.2012
5030
Cəlilabad rayon sakini, 23 yaşlı Mirzəyev Rəşid Rafiq oğlu Ukraynanın Odessa şəhərində həbs olunub. Buna səbəb onun təhsil aldığı hərbi dənizçilik məktəbində Ermənistan vətandaşı K.Q. Kadeçyanla aralarında yaranmış münaqişə və erməni zabiti ilə dalaşması olub. Teleqraf.com-a daxil olan məlumata görə, Ermənistan vətəndaşı 35 yaşlı Kadeçyanın dövlətçiliyimiz, şəhidlərimiz və Ramil Səfərov haqqında nalayiq ifadələr işlətməsi münaqişənin baş verməsinə səbəb olub. Təhqirlərə dözməyən Rəşid ilə erməni zabiti arasında əlbəyaxa dava olub. Nəticədə xəstəxanaya yerləşdirilən Kadeçyanın xəsarətləri yüngül olsa belə, o, polisə ərizə ilə müraciət edib.Rəşidin yaxınlarının verdiyi məlumata görə, hər gün polis idarəsinə baş çəkən bir qurup erməni onun həbs olunmasını qətiyyətlə tələb edir. Artıq yaxın günlərdə faktla bağlı məhkəmənin təyin olunacağı və Azərbaycan vətəndaşına hökm oxunacağı gözlənir.
OXŞAR XƏBƏRLƏR