Azərbaycan zəvvarlarını Kərbəlaya aparan avtobus yandı: 41 yaralı

Azərbaycan zəvvarlarını Kərbəlaya aparan avtobus yandı:  41 yaralı
Bütün Xəbərlər
15:00 13.04.2014
2260

Dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.

Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb. Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb.

AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib.

Avtobusda yanğın yerli vaxtla saat 03:35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.

OXŞAR XƏBƏRLƏR