Azərbaycana bahar gəlib

Azərbaycana bahar gəlib
Bütün Xəbərlər
11:33 21.03.2015
983
Bakı vaxtı ilə təxminən saat 02:45-də.
Azərbaycana bahar gəlib.
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a verilən xəbərə görə, 2015-ci ildə Azərbaycan ərazisinə baharın gəlişi martın 21-də Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verib.
Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
OXŞAR XƏBƏRLƏR