Komitə məlumat yaydı.
İrandan Azərbaycana daxili orqanında narkotik vasitə keçirən şəxs saxlanılıb.
AZXEBER,COM Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Həbib Əliyevin üzərində şəxsi yoxlama zamanı onun daxili daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,933 qram olan narkotik vasitə - heroin aşkar edilib.