Azərbaycana əlil arabaları üçün uyğunlaşmış yeni avtobusları gətiriləcək

Azərbaycana əlil arabaları üçün uyğunlaşmış yeni avtobusları gətiriləcək
Bütün Xəbərlər
17:41 30.07.2013
1269

Azərbaycanda əlil arabası istifadəçilərinin ictimai nəqliyyatda daşınması üçün istismarda uyğunlaşdırılmış avtobusların sayı artırılacaq. Bu prosesin yaxın bir-iki il ərzində həyata keçiriləcəyi gözlənilir.

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov «APA-Economics»ə bildirib ki, ölkəyə gətiriləcək avtobuslar sırf əlillər üçün olmayacaq, sadəcə olaraq ictimai nəqliyyat vasitəsindən əlillərin də rahat istifadəsi üçün müvafiq imkanlar yaradılacaq.

«Ancaq əlillər üçün avtobusların gətirilməsinə dair yayılan xəbərlər həqiqətə uyğun deyil. Lakin biz əlil arabası istifadəçilərinin daşınması üçün uyğunlaşdırılmış avtobuslar gətirməyi düşünürük. Bununla bağlı Səmərqənd şəhərində («SamAuto» zavodu, Özbəkistan) danışıqlar aparılıb, bundan başqa, Belarusdan da xüsusi panduslu, sağ tərəfi əyilən avtobusların gətirilməsi nəzərdə tutulub», - deyə N.Həsənov məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən «TX-4» markalı «London taxi»ləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb. Bununla yanaşı, Nazirlik rəsmisi gələcəkdə Azərbaycana sırf əlillər üçün nəzərdə tutulan avtobusların gətirilməsini də istisna etməyib.

OXŞAR XƏBƏRLƏR