Azərbaycana gətirilməsi üçün gizlədilmiş 120 qutuda 3000 ədəd pirotexniki vasitə aşkarlanıb

Azərbaycana gətirilməsi üçün gizlədilmiş 120 qutuda 3000 ədəd pirotexniki vasitə aşkarlanıb
Bütün Xəbərlər
14:56 01.09.2015
650

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qabaqlayıcı əməliyyat məlumatları əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

AZXƏBƏR.COM xəbər verir ki, bu barədə "Report"a DSK-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Beləki, avqustun 23-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 ədəd, avqustun 30-da isə rayonunun Dəmir­təpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb.

Bundan əlavə, avqustun 30-da Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycanda qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstanda qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR