Azərbaycana ilk qar yağıb

Azərbaycana ilk qar yağıb
SOSİAL
10:43 28.09.2017
1078
Azərbaycana ilk qar yağıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
 
İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.
 
Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.
OXŞAR XƏBƏRLƏR