“Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm”.
Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın atası Ararat Qriqoryanı polis saxlayıb.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ata Qriqoryan Martunidəki polis bölməsinə aparılıb.
Onun saxlanılan səbəbi və sonrakı taleyi barədə erməni KİV-də heç bir məlumat verilmir.Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan martın 22-də saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan Ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib:
“Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var”.