Azərbaycana meymunçiçəyi testləri gətirildi

Azərbaycana meymunçiçəyi testləri gətirildi
SAĞLAMLIQ
12:47 19.08.2024
993
Meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoonozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir.

Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.

AZXEBER.COM xəbər verir ki, Bunu Azərtac-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O qeyd edib ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə keçir: "Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla keçir. Xəstəliyin insandan insana, ilk növbədə, iri respirator damcılarla keçdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Xəstəliyin gizli dövrü adətən 5-21 gün olduğu hesablanıb. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Bu səpgilər üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10 faiz arasında dəyişir”, - deyə infeksionist bildirib.

Risk qrupuna daxil olanlar barədə məlumat verən T.Eyvazov deyib: "Risk qrupları arasında azyaşlı uşaqlar, hamilə qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır”.

Qeyd edək ki, meymunçiçəyi ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədləri üçün istifadə edilən meymunlarda aşkar edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq bir uşaqda görülən virus "insanlardakı ilk meymunçiçəyi diaqnozu" olaraq qeydə alınıb. Həmin dövrdə virusun yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdudlaşırdı.
Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, Afrikanın 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkar edilib.

Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d'İvuar, Qana və Liberiyadır.

Afrika CDC 13 Afrika ölkəsində yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğunu açıqlayıb. Virus səbəbindən qeydə alınan ölümlərin 97 faizi Konqo Demokratik Respublikasında baş verib.

Meymunçiçəyi Afrika qitəsindən kənarda üç ölkədə görülüb. İlk dəfə 2024-cü ildə İsveç, Avstraliya və Pakistanda aşkarlanan meymunçiçəyi virusuna bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halının olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
15:37 02.06.2025
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
15:35 02.06.2025
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
15:34 02.06.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
15:31 02.06.2025
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
15:23 02.06.2025
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
15:06 02.06.2025
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
14:49 02.06.2025
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
14:35 02.06.2025
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
14:30 02.06.2025
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
14:23 02.06.2025
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
14:06 02.06.2025
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
13:59 02.06.2025
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
13:59 02.06.2025
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
13:57 02.06.2025
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
13:55 02.06.2025
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi
13:52 02.06.2025
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi