xari

Azərbaycana narkotik gətirən “Bağban” saxlanıldı - Video

KRİMİNAL
12:56 09.02.2021
560
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.

AZXEBER.COM xəbər verir ki, Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qram heroin, "Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram psixotrop maddə metamfetamin, həmçinin 1100 ədəd güclü təsiredici xassəyə malik "Metadon” və 90 ədəd "Pregabalin” həbləri aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Altay Əhmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, narkotik vasitələri Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində əvvəlcədən təyin edilən yerdən götürüb. Altay Əhmədov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri, eləcə də ölkə ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Qeyd edək ki, saxlanılan şəxs narkotik vasitələrin Azərbaycana göndərildiyi həmin ölkəyə dəfələrlə qanunsuz səfər edərək külli miqdarda heroin və digər bu kimi maddələrin Azərbaycana gətirilməsinə birbaşa rəhbərlik edib. O, narkotik vasitələrin satışını təşkil edən zaman tanınmamaq və gizliliyini qorumaq üçün ünsiyyətdə olduğu şəxslərə özünü "Bağban” adı ilə təqdim edirmiş.

Altay Əhmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir..
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:35 02.03.2021

Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək

19:42 02.03.2021

Şri-Lankada “cin çıxarma” adı ilə doqquz yaşlı qızı ölənə kimi döydülər

19:15 02.03.2021

Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək

18:40 02.03.2021

Qoşulmama Hərəkatında Simulyasiya Məşğələsi – Ceyhun Bayramov çıxış etdi

18:14 02.03.2021

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

18:10 02.03.2021

Mikayıl Cabbarov: "Bu il dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 8,8% artıb"

18:04 02.03.2021

Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

17:47 02.03.2021

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

17:44 02.03.2021

Sabiq icra başçısının həbs müddəti uzadıldı

17:37 02.03.2021

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

17:29 02.03.2021

Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb - Məzuniyyətə çıxdı

17:26 02.03.2021

AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

17:19 02.03.2021

Yeni nazir "Azərpoçt"un baş direktorunu vəzifəsindən azad etdi

17:15 02.03.2021

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

17:14 02.03.2021

Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı

17:04 02.03.2021

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı