"Azərbaycana Xorvatiyanın necə komanda olduğunu göstərməliyik" - Lovren

"Azərbaycana Xorvatiyanın necə komanda olduğunu göstərməliyik" - Lovren
İDMAN
16:18 05.09.2019
5084
AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan millilərinin qonağı olacaq Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren açıqlama verib.

"Liverpul"un müdafiəçisi iki səfər oyunu öncəsi iddialı danışıb:

"İndi dünya çempionatındakı komanda kimi olmalıyıq. Avropa çempionatında olmaq istəyiriksə, Slovakiya və Azərbaycanda Xorvatiyanın kim və necə komanda olduğunu göstərməliyik. Meydanda hansı futbolçunun oynayacağı mənə maraqlı deyil, Rusiyadakı dünya çempionatında olduğu kimi hamımız birgə nəfəs almalıyıq".

Xorvatiya sentyabrın 6-da Slovakiyanın, 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.
 
///futbolpress
OXŞAR XƏBƏRLƏR