Azərbaycana yay fəsli daxil olub

Azərbaycana yay fəsli daxil olub
SOSİAL
08:57 21.06.2025
262
Azərbaycana yay fəsli daxil olub.

AZXEBER.COM xəbər verir ki, yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olub.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.

Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünür.

Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.
OXŞAR XƏBƏRLƏR