Azərbaycana yenidən qar yağacaq

Azərbaycana yenidən qar yağacaq
Bütün Xəbərlər
23:34 30.11.2011
2189
Bakı və Abşeron yarımadasında dekabrın 1-də havanın dəyişkən buludlu olacağı, səhər havanın tədricən tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir, axşama doğru 0 dərəcəyə yaxınlaşacaq. Dekabrın 2-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 1-də havanın yağıntılı olacağı, bəzi dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR