Azərbaycanda 1-ci Urban Art Festivalı keçirildi

Azərbaycanda 1-ci Urban Art Festivalı keçirildi
GƏNCLİK
15:50 27.12.2012
1416

"İRƏLİ" İctimai Birliyi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Azərbaycanda 1-ci Urban Art Festivalı keçirilib.

AZXEBER.COM xəbər verir ki, festivalda müasir şəhər mədəniyyətinin müxtəlif elementləri əhatə olunub. Gənclər tərəfindən break dance, graffiti, beatbox, rep battle nümayiş etdirilib. Festivalda gənc reperlər Toni, Rhyme Park, Remo, Haray, Orxan Qarabasma və Euro iştirak ediblər.

Eyni zamanda festival çərçivəsində “Moto X” klubu tərəfindən moto show nümayiş etdirilib, WakeUp Baku flaşmob qrupu çıxış edib.

Festivalın keçirilməsində məqsəd müasir şəhər mədəniyyəti sənətini gənclər arasında təbliğidir.

Festifala 200 nəfər gənc qatılıb. Gələcəkdə Bakı şəhərində daha geniş miqyaslı festivalların keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR