Azərbaycanda 10 km dəmir yolu təmir olunur - FOTOLAR
Bütün Xəbərlər
09:59 26.11.2012
1010
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, 26 noyabr 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçirilir və Səngəçal-Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur. Səhər saatlarında işə başlanılıb və köhnə yolun söküntüsü həyata keçirilir.Təmir işlərini həyata keçirən "Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyo vməlumat verərək bildirib ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 148 km yol əsaslı təmir olunub.Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.