Azərbaycanda 10 min manatlıq başdaşı – FOTOLAR

Azərbaycanda 10 min manatlıq başdaşı – FOTOLAR
Bütün Xəbərlər
14:36 18.09.2014
4185
Dəbdəbəli yas mərasimlərinə son qoyulması ilə bağlı təklif və fikirlər hələ də ciddi müzakirə mövzusudur. Qəbiristanlıqlarda ucaldılan bahalı başdaşıları da cəmiyyəti, eləcə də dövləti, ziyalıları, ilahiyyatçıları narahat eləməkdədir.
Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu bildirmişdi. Qurbanlı demişdi ki, bütün sivil ölkələrdə qəbiristanlıqla bağlı məsələlərin qanunla tənzimlənir: “Lakin heç bir qanunun geriyə tətbiqi olmadığından, söhbət növbəti mərhələlərdən gedə bilər. Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ehtiyac var. Bu, təkcə Dini Komitənin işi deyil, bütövlükdə ictimaiyyətin, medianın geniş müzakirə mövzusudur”.
Bahalı, hündür, dəbdəbəli başdaşlarına məhdudiyyətlərin qoyulması ilə bağlı söhbətlərin müzakirə olunduğu vaxtda paytaxtda yerləşən bir neçə qəbiristanlığa baş çəkib dəbdəbəli başdaşlarının olub-olmadığı ilə maraqlandıq. İlk baş çəkdiyimiz yer Yasamal qəbiristanlığı ilə Fəxri Xiyabanın arxa tərəfindəki “Varlılar qəbiristanlığı” oldu. Bu qəbiristanlıqda məzarların başı üzərində uca heykəllər, abidələr, qara və ağ mərmər, qranit daşlar üzərində mərhumun özəl anlarını əks etdirən fotolar və şeirlər əksini tapmışdı. Qəbiristanlıqda olduğumuz zaman bir molla bizə yaxınlaşıb onun xidmətinə ehtiyac olub-olmadığını soruşdu. Biz də jurnalist olduğumuzu deyib, onunla söhbətləşmək qərarına gəldik.
Əvvəlcə “siz Allah məni çəkməyin, Quran oxuyub 1-2 manat pul alıram, ona da bais olmayın” desə də, mollanı bizimlə söhbətə razı sala bildik. Molladan bu cür bahalı başdaşıların və heykəllərin qoyulmasının dində günah olub-olmadığını soruşduq. Molla indi günah və savaba kiminsə baxmadığını dedi: “Bura adından da göründüyü kimi varlılar qəbiristanlığıdır. Elə adamlar olub ki, deyir mənim əzizimin qəbri digərlərindən seçilməlidir. Ona görə də ən bahalı mərmərlər düzdürür. Amma nəyə lazım, insana sağlığında dəyər vermək lazımdır. İslamda qəbir yerlərinin satılması haram buyurulur. Bu məsələ ictimaiyyətdə dəfələrlə dartışma mövzusu olub, aidiyyəti qurumlara məlumatlar verilib, qəbir yerlərini satanlar tənqid edilib. Ancaq yenə də satılır. İndi də qəbir daşlarının sadə olmasını istəyirlər. İstəməklə deyil, əməl etmək lazımdır”.
Molla ilə sağollaşıb Yasamal qəbiristanlığına yollanırıq. Badamdar dairəsindən Şərifzadə küçəsinə qəbiristanlığın içərisi ilə gedən bu yolda sağ tərəfdə əsasən rus və yəhudi məzarları, sol tərəfdə isə azərbaycanlıların qəbirləri var. Rus və yəhudi qəbirlərinin əksəriyyəti baxımsız vəziyyətdə idi. Qəbiristanlıqda sahibsiz məzarların sayı isə yüzlərə, hətta minlərlədir. Buradakı mollalar sahibsiz qəbirlərin yerinin satılması halları olduğunu da dedilər. Qəbiristanlığın azərbaycanlılar uyuyan yerində isə sadə başdaşıları da vardı, təmtəraqlı olanları da. Hətta bir ticarətçi öz oğlunun qəbri üçün sərdabə ucaltmışdı. Yanındakı bir yeri də boş saxlamışdı. Qəbiristanlıqdakı molla bildirdi ki, əksəriyyət sağ olmalarına baxmayaraq özləri üçün qəbir yeri alıb, başdaşı qoydurub. Doğum tarixlərini yazdırıb ölüm tarixini boş saxlayırlar. Müşahidəmiz zamanı qara mərmərlər üzərində bir neçə şeirə də rast gəldik.
Başdaşlarının neçə manata ərsəyə gəldiyini öyrənmək üçün qəbir daşları istehsal edən sexlərdən birinə üz tutduq. Öyrəndik ki, ölçüsündən və sifariş verənin istəyindən asılı olaraq qiymətlər dəyişir. Belə ki, adi qəbir daşları 200 manatdan yuxarı, qara mərmərdən hazırlanan baş daşları isə 800 manatdan başlayaraq 10 min manatadək yüksələ bilir. Qəbir daşı düzəldən Cəbrayıl Allahverdiyev deyir ki, başdaşının hansı mərmərdən hazırlanması da qiymətə təsir edir: “Qara mərmərdən hazırlanan sadə bir qəbir daşını zəhmət haqqı da daxil olmaqla 800-900 manata düzəldirik. Tək sinə daşı qoymaq istəyənlər isə nadir hallarda sexlərə müraciət edir. Daha çox qara mərmərdən başdaşı sifariş edirlər. O daha gözə gəlimli görünür.
Mərmərin üzərinə şeir yazılması pulu bir az bahalaşdırır. Həmçinin mərhumun qara mərmərə şəklinin qismən rəngli və rəngsiz vurulması da baş daşının qiymətinə təsir edir. Bəzi insanlar qiymətlərə görə sağlığında özünə qəbir daşı sifariş verir. Səbəb kimi övladlarının gələcəkdə əziyyət çəkməməsini göstərirlər. İnsanlarımız nədənsə son zamanlar çox bədbinləşib. Hətta başdaşlarını aparıb aldıqları qəbir yerində quraşdıranlar, özlərinə şeir yazdıranlar da olub”.
C.Allahverdiyevdən bahalı qəbir daşlarının ləğv edilməsi ilə bağlı söhbətlərdən xəbərinin olub-olmadığını soruşduq. O, gəzən söhbətlərdən xəbərdar olduğunu bildirdi: “Eşitmişəm ki, yaslardan sonra qəbir daşlarına keçəcəklər. Ancaq indi əlimdə 4-5 dənə bahalı başdaşı sifarişi var. Yəni insanlar bundan xəbərdar olsalar da, əzizlərinin baş daşlarının adlarına layiq olmasını istəyirlər”.(musavat.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb