O polis tərəfindən yaxalanıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən İlkin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İlkin Bayramov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Bayramov oğurluq əməllərində təqsirli bilinib. O, 2013-cü il dekabrın 8-də, Elmlər Akademiyası metrostansiyasında Nərgiz Zeynalovanın əl çantasından 54 manat, 50 ABŞ dolları və şəxsi sənədlərini oğurlayarkən Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən yaxalanıb.