Azərbaycanda 1000 tələbə ali məktəbdə oxumaqdan imtina etdi

Azərbaycanda 1000 tələbə ali məktəbdə oxumaqdan imtina etdi
Bütün Xəbərlər
16:50 31.08.2015
2495

Ali təhsil müəssisələrinə bu il qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə müddəti avqustun 27-də başa çatıb.

AZXƏBƏR.COM xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki,bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxını ali təhsil müəssisələrindən imtina edib. Qeydiyyatdan keçməyənlər əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdir.

OXŞAR XƏBƏRLƏR