Azərbaycanda 117 yaşlı nənə oğurluq etdi - FOTO

Azərbaycanda 117 yaşlı nənə oğurluq etdi - FOTO
Bütün Xəbərlər
15:07 29.10.2012
1993
Onun «Azəriqaz»a 672 manat 50 qəpik borcu var.
Şəmkirdə yaşayan 117 yaşlı Yasəmən Qasımovanın qazı hələ də bərpa edilməyib. Bu barədə kaspi.az-a «Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Araz Ağayev məlumat verib.
O qeyd edib ki, nənənin qazının kəsilməsi səbəbsiz deyil. Belə ki, onun nə az, nə çox - düz 600 manat 50 qəpik borcu var. Üstəlik, rayon qaz istismar idarəsinin əməkdaşları bir müddət öncə nənənin yaşadığı mənzildəki sayğaca müdaxilə faktı aşkarlayıblar. Bununla bağlı iyulun 31-də qüsur aktı tərtib edilib və nənə 72 manat cərimələnib.
«İndiyədək nə borc, nə də cərimə ödənilməyib. Ona görə də həmin evə qaz verilişi bərpa olunmayıb», - deyə A.Ağayev vurğuladı.
Xatırladaq ki, «Kaspi» qəzeti oktyabrın əvvəllərində Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan Qasımova Yasəmən Məmməd qızının 117 yaşının olması və bu göstərici ilə dünyanın ən yaşlı adamını 1 yaş üstələməsi barədə məlumat yaymışdıq.
Dəllər qəsəbəsində yaşayan Yasəmən nənə 1895-ci ildə anadan olub. Yerli televiziya kanallarının əməkdaşları bir neçə dəfə bu nənə ilə görüşüb və veriliş hazırlayıblar.
OXŞAR XƏBƏRLƏR