Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatının təfərrüatı: “Tanınmamaq üçün...” - VİDEO

Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatının təfərrüatı: “Tanınmamaq üçün...” - VİDEO
KRİMİNAL
14:19 18.03.2020
6442
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Oxu.Az-ın məlumatına görə, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 

DİN-in əməkdaşı Ağgül Həmdizadə bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev "BMW” markalı avtomobillə Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman asayiş keşikçiləri tərəfindən saxlanılıb:

"Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 1,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin  "qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır”.

Saxlanılan şəxs Arzuman Qocayev isə bildirib ki, narkotik vasitələri Bəhramtəpə ərazisindən götürüb:

"Bərdə ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məni saxladılar və 47 kiloqram heroin aşkarladılar”.

O qeyd edib ki, "WhatsApp” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşları - "Əsgər” və "Hüseyn” adlı şəxslərlə əlaqə saxlayıb:

"Onlar mənə telefonla narkotik vasitələri hara qoymağımı deyirdilər. Mən də narkotikləri müəyyən yerlərə aparırdım. Hər dəfə narkotik vasitələri aparanda 3000-4000 manat qazancım olurdu. Tanınmamaqdan ötəri müxtəlif markalı maşınları kirayə götürürdüm. Axırıncı dəfə isə öz maşınımla narkotik apardım”.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı