Azərbaycanda 12 minə yaxın elektron imza vəsiqəsi alınıb

Azərbaycanda 12 minə yaxın elektron imza vəsiqəsi alınıb
Bütün Xəbərlər
12:00 04.05.2013
819

2013-cü ilin ilk 4 ayı ərzində “Elektron hökumət” portalında (www.e-gov.az) qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 13 mini ötüb, e-imza vəsiqələri almış şəxslərin sayı isə 12 minə çatıb.

AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da qeydiyyat tələb edən xidmətlər üçün portalın potensial istifadəçilərinin sayı 25 mindən çox təşkil edib.İlin yanvar-may aylarında portalın xidmətlərindən yararlanmış qeydiyyatdan keçən istifadəçilərin sayı 9232 olub, qeydiyyatsız xidmət istifadəçilərinin sayı isə identifikasiya olunmadığından nəzərə alınmayıb.İstifadəçilərin yaş həddinə gəldikdə, yaş həddi 19-79 arasında dəyişir.4 ay ərzində portalın qeydiyyatdan keçmiş istifadəçilərinin ümumilikdə istifadə etdikləri xidmətlərin sayı 104 622 olub.

OXŞAR XƏBƏRLƏR