Azərbaycanda 12 yaşlı oğlan əməliyyat masasında öldü - VİDEO
MAQAZİN
18:01 02.04.2013
4791
Valideyn 12 yaşlı oğlu Nihad Həsənovun həkimin səhlənkarlığı səbəbindən cərrahiyyə əməliyyatından sonra öldüyünü iddia edir. Xəstə martın 23-ü 1 saylı şəhər klinik xəstəxanasına kəskin qarın ağrıları diaqnozu ilə daxil olub, qusma-halsızlıq müşahidə edilibmiş. Ultrasəs müayinəsindən sonra uşaq cərrahı Qismət Əliyev xəstəyə daxili orqanların, o cümlədən, qara ciyərin zədələnməsi, daxili qanaxma diaqnozu qoyub və vəziyyətinin ağırlığı nəzərə alınaraq dərhal əməliyyat olunmasını tövsiyə edib. Lakin valideynləri əməliyyata etiraz edib.Uşağın nənəsi də bildirir ki, ilk əvvəl həkim uşağı müayinə ilə sağaldacağını deyib, lakin sonradan onun əməliyyat etməsi, bununla da ölümü onlar üçün qaranlıq qalıb. Valideynləri bildirir kki, Nihadda bundan əvvəl heç bir narahatlıq olmayıb. Onu da deyək ki, həkim tərəfindən qoyulan diaqnozlardan biri - daxili qanaxma halı əməliyyat zamanı müşahidə edilməyib. Nihadı əməliyyat edən uşaq cərrahiyyəsi kafedrasının dosenti Qismət Əliyev isə bildirir ki, xəstə Kliniki Tibbi Mərkəzə Qarayev xəstəxanasından göndəriş əsasında gətirilib. Daxil olarkən onda qusma, halsızlıq olub. Uşaqla söhbət zamanı da Nihad qara ciyəri üstə dəmir tirin üzərinə yıxıldığını deyib. Valideynləri isə uşağın bayram sovqatından zəhərlənməsi versiyasını irəli sürüblər. Lakin UZİ müayinəsi zamanı qara ciyərlə qarın boşluğu arasında maye aşkarlanıb. Qismət həkim bu halın qanaxma olduğunu zənn edib və müalicəyə başlayıb. Lakin sonradan vəziyyəti ağırlaşdığından uşağı əməliyyat edib.Qismət Əliyev validenylərin iddia etdiyi kimi, həkim tərəfindən uşağa əməliyyat qabağı - ömrünə bir saat qalıb, deyə psixoloji təsir göstərməsi ilə bağlı deyilənləri təkzib edir.Onu da deyək ki, iş Nəsimi rayon Prokurorluğunda araşdırılır. Uşağın qisməti buracan imiş. Ailənin isə başı 12 yaşlı Nihadın hüzrünə qarışan vaxt, oğrular vəziyyətdən məharətlə istifadə edərək, onların Səbail rayon Gülbala Əliyev küçəsi 57 ünvanındakı evindən külli miqdarda qızıl-zinət əşyalarını, pulunu aparıblar.//anspress