Bu gün Ağstafa rayonunda yanğın hadisəsi baş verib.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 350 kvadrat metr olan birmərtəbəli 14 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 70 kvadrat metri sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.