Azərbaycanda 14 yaşlı məktəbli qəza törətdi: 3 yaralı var

Azərbaycanda 14 yaşlı məktəbli qəza törətdi: 3 yaralı var
Bütün Xəbərlər
11:01 04.09.2013
1485

Ötən gecə saat 23:30 radələrində Şəki şəhərinin Sabit Rəhman küçəsində 14 yaşlı yeniyetmə qəza törədib. “Kanal S” xəbər verir ki, qəzanı Şəki şəhər sakini 1999-cu il təvəllüdlü yeniyetmə, məktəbli Bayramov Seymur Sadiq oğlu atasına məxsus "Nissan Qashqai" markalı avtomobillə törədib. Şahidlərin sözlərinə görə, avtomobil yüksək sürətlə idarə olunub və sürücü idarəetməni itirib. Nəticədə yoldan çıxan avtomobil 20 metr kənardakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində Bayramov Seymurla yanaşı, avtomobildə olan sərnişinlər, Şəki şəhər sakini İbrahimzadə Elvin İlqar oğlu və Bideyz kənd sakini İbrahimov Ürfan Fərman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırlıblar. Onlardan Bayramov Seymurun vəziyyəti yüngül olsa da, digər iki xəstə - İbrahimzadə Elvin və İbrahimov Ürfanın vəziyyətləri ağır hesab olunur. Qeyd edək ki, xəsarət alan sərnişinlər qəzanı törətmiş Seymur Bayramovun sinif yoldaşları olublar. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR