Gəncədə 14 yaşlı qız evdən çıxıb bir daha geri qayıtmayıb.
Gəncə şəhər Nizami rayon Polis İdarəsindən verilən məlumata görə , şəhər sakini 33 yaşlı Aynurə Cəfərova polisə müraciət edərək bildirib ki, qızı 14 yaşlı Rəksanə Cəfərova oktyabrın 3-də xəbərsiz evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.