Azərbaycanda 14 yaşlı qızı imtahandan qaçırdılar

Azərbaycanda 14 yaşlı qızı imtahandan qaçırdılar
Bütün Xəbərlər
13:10 27.06.2014
2069
9 gün əvvəl qaçırılan qızın taleyindən xəbər yoxdur
Bərdə rayonunda 14 yaşlı Ayşə Duman qızı Nəsirzadə qaçırılıb.
AZXEBER.COM EL TV-yə istinadən bildirir ki, bu barədə qızın atası Duman Nəsirov məlumat verib. O, deyib ki, qızı bu ayın 18-də Gərənə kənd orta məktəbindən 9 illik buraxılış imtahanı vermək üçün Bərdə rayonu 8 saylı orta məktəbə gedib.
Lakin həmin gün o, geri qayıtmayıb. Şagirdləri imtahana aparan müəllim Ayşə Nəsirzadənin məktəbin qarşısından zorla avtomobilə mindirilərək aparıldığını bildirib. 14 yaşlı qızın atası bu barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat verib. Lakin hadisədən 9 gün keçməsinə baxmayaraq, qızın taleyindən hələ də xəbər yoxdur.
OXŞAR XƏBƏRLƏR