Ağstafada yeniyetməni ildırım vurub.
AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndi ərazisində olan fermaların birində baş verib. Tovuz rayon Aşağı Quşçu kənd sakini - 2004-cü il təvəllüdlü Roman Elman oğlu Süleymanovu ildırım vuraraq öldürüb. Məlumata görə, yeniyetmə fermaya atasına kömək üçün gedibmiş.
Faktla bağlı araşdırma aparılır.