Azərbaycanda 15 yaşlı qız intihar etdi

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Bütün Xəbərlər
09:58 26.04.2013
2019

Faktla bağlı cinayət işi başlanıb

Astara rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Alaşa kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Xəyalə Tağızadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. X.Tağızadənin orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR