Azərbaycanda uşaqları ilə birlikdə yaşayan təkvalideynli ailələrin böyük əksəriyyətinə qadınlar başçılıq edir.
AZXEBER.COM son statistik məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda uşaqları ilə birlikdə yaşayan təkvalideynli ailələrin sayı 226 min 418 olub.
Statistikaya görə, bu ailələrin 163 min 500-də ailə başçısı qadın, 62 min 918-də isə kişidir. Başqa sözlə, təkvalideynli ailələrin təxminən 72,2 faizinə qadınlar, 27,8 faizinə isə kişilər başçılıq edir.
Məlumatlara əsasən, təkvalideynli ailələrin 138 min 615-i şəhər yerlərində, 87 min 803-ü isə kənd yerlərində qeydə alınıb.
Şəhərlərdə yaşayan belə ailələrin 98 min 513-də ailə başçısı qadın, 40 min 102-də isə kişidir. Kənd yerlərində isə 64 min 987 ailəyə qadınlar, 22 min 816 ailəyə kişilər başçılıq edir.
Fəridə Əsədzadə











































