Azərbaycanda 17 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Bütün Xəbərlər
13:03 28.08.2012
2180
Quba rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Nügədi kəndində 17 yaşlı Məmmədzadə Novruz Ehtiram oğlu atası, 1969-cu ildə anadan olmuş Məmmədov Ehtiram Novruz oğlunun bıçaqlayaraq qətlə yetirib. Gənc oğlan atasına bir neçə bıçaq zərbəsi endirib. N.Məmmədzadə tutulub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Fakt üzrə cinayət işi başlanılıb.