Azərbaycanda 17 yaşlı oğlan evində ölü tapıldı

SOSİAL
13:37 28.01.2022
999
Biləsuvar rayonunda evdən meyid aşkar edilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Biləsuvar şəhər sakini, 17 yaşlı Səfərov Kənan İntiqam oğlunun yaşadığı mənzildə meyidi tapılıb.

İlkin məlumata görə, ailə üzvləri onu mənzilin hamamından ölü tapıblar.

Qeyd edək ki, əslən Lənkərandan olan K.Səfərov uşaqlıqdan anası və bacısıyla Biləsuvarda yaşayırdı.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR