AZXEBER.COM EL TV-yə istinadən xəbər verir ki, Göyçay rayonunda 18 yaşlı qız 5-ci mərtəbədən yıxılıb. Hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Hadisə şahidlərinin bildirdiklərinə görə,Aynur Əhmədovaevin pəncərəsini silərkən ehtiyatsızqlıqdan yıxılıb. O, əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Fakta bağlı Göycay Rayon Prokurorluğunda araşdırma aparılır.