Yevlaxda 18 yaşlı qızın naməlum ölümü - Xəstəxanaya getdi və...

TOP4
22:24 05.12.2018
6813
Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Xəstəxanadan verilən məlumata görə, ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR