Azərbaycanda 19 yaşlı gəlin kanalda boğuldu

Azərbaycanda 19 yaşlı gəlin kanalda boğuldu
Bütün Xəbərlər
12:31 05.11.2012
1126
Şabran rayonunda 19 yaşlı gəlin Samur-Abşeron kanalına düşüb. Şabran rayon polis bölməsinin rəis müavini Məmməd Musa Hüseynovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Ayşən Malik qızı İsmayılova kanala düşərək boğulub. Hadisə qadının atası evinə getdiyi zaman, Əliağa Şıxlınski 21 ünvanında baş verib. Belə ki, o atası evində olarkən ürəyi bulandığını deyib və kanalın kənarına gedib. Sonradan onun ayaqqabısı və saç sancağı kanalın yanından tapılıb.
OXŞAR XƏBƏRLƏR