Ağstafada intihar hadisəsi baş verib.
AZXEBER.COM-un Qafqazinfo"ya istinadən verdiyi xəbərinə görə, rayonun Dağ Kəsəmən kənd sakini, 2001-ci il təvəllüdlü Xəyal Xaşalov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qıydığı hələ ki, məlum deyil.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.