Sumqayıt şəhərinə iki ev yanıb. AZXEBER.COM-un FHN-ə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə ev əşyaları qismən yanıb. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan 2 otaqlı mənzilin eyvanında lambirdən ibarət tavanı 6 kv.m və ev əşyaları 3 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.