Azərbaycanda 2 qızını zorlayan ata danışdı

Azərbaycanda 2 qızını zorlayan ata danışdı
Bütün Xəbərlər
12:42 14.12.2011
6580
Xaçmazın Aslanoba kəndində 2 azyaşlı qızını zorlayan 39 yaşlı Mehman Qocayev əməlindən peşmandır. O, bunu ANS TV-yə açıqlamasında deyib. M.Qocayev qızlarına qarşı zorakılığı içkili olduğuna görə etdiyini deyib.“Çox peşmanam, hər kəsdən üzr istəyirəm. Belə şeylər axırıncı dəfə olacaq. Bu içkinin təsirindən olub. İçki çox pis şeydir. Hamıya bunun axırı olmadığını deyirəm. Mən içki içdiyimə, bu işi tutduğuma görə çox peşmanam”, - deyərək Mehman Qocayev ağlayıb.Xatırladaq ki, dünən Xaçmaz rayon Polis şöbəsinə Aslanoba kənd sakini 39 yaşlı Mehman Mail oğlu Qocayevin 10 və 11 yaşlı qızlarına təcavüz etməsilə bağlı şikayət daxil olub. Polisə müraciət edən Mehman Qocayevin həyat yoldaşı Şəfiqə Qocayeva olub.Araşdırmalar zamanı şübhələr öz təsdiqini tapıb. Məlum olub ki, "ata" dəfələrlə qızlarına qeyri-təbii yolla seksual xarakterli zorakılıq hərəkəti edib.Qeyd edək ki, Mehman Qocayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3 seksual xarakterli hərəkətetmə maddəsilə cinayət işi qaldırılıb. Cinayəti törətdiyinə görə, Mehman Qocayevi 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR