Astara rayonu ərazisində əsgər qətlə yetirilib. AZXEBER.COM-un Milli.Az-a istinadən verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət edən 20 yaşlı Pirəddin Həsənov bıçaqla öldürülüb.Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan P.Həsənov Mingəçevir şəhərində məskunlaşıb. Onun meyidi ailəsinə təhvil verilib.