Azərbaycanda 20 yaşlı qız nişan günü itkin düşdü- FOTO

Azərbaycanda 20 yaşlı qız nişan günü itkin düşdü- FOTO
Bütün Xəbərlər
02:22 11.07.2014
1677

Zaqatalada 20 yaşlı qız özünün nişan günü evdən nəməlum istiqamətə gedərək bir daha geri dönməyib. 

AZXEBER.COM xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb. Əsmər Osmanovanın ailə üzvülərinin  verdiyi məlumata görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırdılar. Valideynlərinin sözlərinə görə, Əsmər Osmanova nişanlanacağı gənci sevirmiş.

Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşmələri barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.

Zaqatala rayon Polis Şöbəsindən  27 iyun tarixindən Osmanova Əsmərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat- axtarış qurupu yaradılıb. Hazırda axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR