Azərbaycanda 2012-ci il ‘İdman ili’ elan edilə bilər

Azərbaycanda 2012-ci il ‘İdman ili’ elan edilə bilər
Bütün Xəbərlər
10:18 30.03.2012
1153

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un məlumatına görə, sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin. Bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Gənclər və İdman Nazirliyi müəyyən edilsin.

Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR