Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Hadisə zamanı 22 yaşlı Aqşin Qurbanov yaşadığı Yasamal rayonu Alatava qəsəbəsində bıçaqlanıb. Yaralı hadisənin şahidləri tərəfindən xəstəxanaya çatdırılsa da, onun xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.Hadisə barədə məlumat daxil olan kimi Yasamal rayon polis idarəsi və prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Keçirilən əməliyyat nəticəsində cinayətin üstünü isti izlərlə açmaq mümkün olub. Məlum olub ki, Aqşin Qurbanov həmyaşıdı və əvvəldən tanıdığı Zəkiyev Zaur Çingiz oğlu tərəfindən qətlə yetirilib.