Azərbaycanda qeyri-sabit hava şəraiti ölümlə nəticələnib.
AZXEBER.COM-un El TV-yə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə Ağdaşın Qaradeyin kəndində baş verib.
Kənd sakini 1992-ci il təvəllüdlü Mənsur Hüseynov ildırım vurması nəticəsində ölüb. Hadisə ötən gün saat 20.30 radələrində baş verib.
Həmin vaxt sahədə qoyun otaran Mənsur Hüseynov at belində telefonla danışırmış. Hadisə zamanı 1 at, 1 quzu da tələf olub. İldırım vuran 2 inək isə hələlik sağdır.
Qeyd edək ki, bir necə gün öncə anoloji hadisə Cəlilabadda da baş vermişdi. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 nəfəri və mal-qara otaran gənci ildırım vurmuşdu. Nəticədə onlardan ikisi ölüb, 2-i isə yaralanıb.