Azərbaycanda 22 yaşlı qadın intihar etdi

SOSİAL
10:27 13.09.2020
1999
Xaçmazda intihar hadisəsi baş verib.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.

Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet