Azərbaycanda 26 yaşlı çoban söyüş üstündə öldürüldü

Azərbaycanda 26 yaşlı çoban söyüş üstündə öldürüldü
Bütün Xəbərlər
00:50 22.01.2013
1282

Çobanı kirayədə qaldığı küçənin sakini qətlə yetirib

Ötən axşam axşam saat 19 radələrində Şabran şəhərində, dəmiryolu stansiyasının yaxınlığında qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 26 yaşlı Taci Həsənov şəhərin kirayədə qaldığı Xəlil Əhmədov küçəsində həmin küçənin sakini və həmyaşıdı olan Vüqar Həkim oğlu Zeynalov tərəfindən qətlə yetirilib. Şabran polis şöbəsinin rəisi Azad Məmmədovun verdiyi məlumata görə, Vüqar Zeynalov Taci Həsənova çiyninin sol hissəsindən, ürək nahiyyəsindən bıçaq xəsarəti yetirib. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda keçinib. Hadisənin tərəflər arasında söyüş səbəbindən yaranmış mübahisə zəminində baş verdiyi bildirilir. Qeyd edək ki, əslən Şabranın Dağbilici kəndindən olan Taci Həsənov şəhərdə çobanlıqla məşğul olurmuş. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmək maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR